F.Massa: “Altıncılıq qələbəyə bərabərdir”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Bəhreyndə əla iş görüblər və 6-cı yer qələbəyə bərabərdir.

F-1.az xatırladır ki, Massa yarışa 7-ci yerdən başlasa da, startda Hülkenberq və Rəykköneni keçərək, 5-ci yerə yüksəlib. Braziliyalı sürücü yarışın ortasında 4-cü pilləyə qədər yüksəlsə də, Rəykkönen və Rikkardonun hücumlarına tab gətirə bilməyərək, yarışı 6-cı pillədə bitirib.

Felipe Massa: “İlk dövrə mükəmməl keçdi. Hülkenberq və Kimini keçə bildim və daha sonra Ferrari-ni arxada saxlamaq üçün tempimiz var idi. Pitlərdən sonra isə təkərlərimiz əvvəlki kimi yaxşı deyildi və tempimiz düşdü. Kimi və Danielə qarşı müdafiə olunmaq çətin idi, amma orta qrupda ən böyük fərqi açmışdıq. Nəticədən razıyam. Frənkin ad günündə ona qələbə hədiyyə etmək istərdik, amma bu şəraitdə 6-cı yer qələbə kimidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*