L.Həmilton: “Asan qələbə deyildi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yarışın asan keçmədiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Fransada ən yaxın rəqibi Bottasa 18 saniyə fərq ataraq qazanıb. Beşqat Dünya Çempionu Böyük Dəbilqə etməyə yaxın olsa da, əzəli rəqibi Sebastyan Fettel buna mane olub.

Lyuis Həmilton: “Asan deyildi. Həmişə nəsə olur. Həmişə limitlərdə sürürük. İstilik və etibarlılıqla mübarizə aparmalısınız. Təkərlər dənlənirdi və narahat idim. Keçən il Ləns Strollun təkəri partlamışdı.

Gözəl həftəsonu idi. Uzun illərdir ki, yarışıram. Amma hələ də həvəsim var. Yeni şeylər kəşf etməyi sevirəm. Lakin Mercedes olmasaydı, bacarmazdım. Bu komanda ilə tarix yazırıq. Fransanın gözəl gün keçirtdik və hələ də tərləyirəm. Hava və bolidin içi çox isti idi. Bura gözəl trasdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*