F.Alonso Honda-ya görə sevinir

Fernando Alonso bu il çempionluq qazanan Honda-ya görə sevinir.

 

F-1.az xatırladır ki, yaponiyalı motor istehsalçısı 2015-ci ildə McLaren iilə idmana qayıtsa da, problemlərlə üzləşmiş və tərəflər 2017-ci ilin sonunda yollarını ayırmışdılar. Bundan sonra Honda Red Bull-la anlaşmış və qələbələr qazanmağa başlamışdı. 2021-ci ildə isə bu tərəfdaşlıq titul əldə edərək, hamını heyrətləndirib.

McLaren Honda-da yarışmış və Honda mühərriklərinə “GP2 motoru” demiş Fernando Alonso, yaponiyalı istehsalçının uğurlarına sevinir.

Fernando Alonso: “Honda-nın motorsport rəhbəri Yanamoto ilə yaxşı münasibətim var. Maksdan sonra Park Fermedə onu təbrik elədim. Onlara görə sevinirəm. McLaren-dən ayrılandan sonra Honda qələbəni xəyal belə edə bilməzdi. Lakin rəhbərlik dəyişdi və düzgün insanları işə aldılar. Yaxşı işlədilər və onlara görə sevinirəm. Bu uğurdan sonra getmələri pis oldu. Ümid edirəm ki, qayıdarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*