H.Marko Peresin pouluna sevinir

Red bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Sercio Peres bu həftəsonu inanılmaz performans göstərib.

F-1.az xatırladır ki, meksikalı sürücü Mayamidəki sıralanma turunda poul qazanıb. Lakin bunda həftəsonu ərzində güclü görünən Ferstappen son sessiyada səhv edərək, dövrə vura bilməməsi də rol oynayıb. Üstəlik Leklerin qəzasına görə çıxan qırmızı bayraqlar da Peresə kömək edib.

Helmut Marko: “Maksın son cəhdində bəxti gətirmədi. Birincidə tras xaricinə çıxdı. İkincidə isə trasa bir az tez çıxmalı idik. Bunu etmək üçün vaxtımız var idi və bolidin sürəti ilk iki yeri tutmağımıza kömək edəcəkdi.

Maks son cəhdində əlindən gələni etmək və mümkün qədər həzz almaq istədi. Trasa nə qədər gec çıxsanız, tras o qədər sürətli olur. Lakin bu dəfə düzgün addım atmadıq.

Serxionun pouluna görə çox sevincliyəm. Meksikadan sonra ikinci evindəki kimidir. Burada çoxlu azarkeşləri var. Hər sessiyada yeni bir şey öyrənir. Sıralanma turunda hər şeyi düzgün etdi. Son illərdə Maksın yarım saniyə ya da bir saniyə gerisində qalırdı, amma indi çox yaxındırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*