R.Braun: “Maks artıq hazırdır”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Maks Ferstappen artıq Həmiltonla mübarizə aparacaq gücdədir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 2 poul və 3 qələbə qazanaraq mövsümü üçüncü yerdə bağlayıb.

Ross Braun: “Maks karyerasının ilk poulunu Macarıstanda, ikincisini Braziliyada qazandı. Lakin 3 yarış qazanaraq karyerasındakı qələbə sayını 8-ə çıxardı. Ən vacibi isə əvvəlkinə nisbətən daha az səhv elədi. Əvvəllər daha səbirsiz idi və bu ona baha başa gəlirdi. Hələ 22 yaşı var və Lyuislə mübarizə aparmağa hazırdır. Bunu etmək üçün yaxşı maşın lazımdır və bu mövsüm ona sahib deyildi. Lakin gələn il çempionluğa oynaya bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*