26 İyun 2019, Çərşənbə - 14:06

McLaren illəri Honda-ya dərs olub

McLaren illəri Honda-ya dərs olub

Müəllif: Rauf Hacıyev, redaktor

11:23 - 02 İyun, 2019

Honda-dan Masaşi Yanamoto bildirib ki, McLaren ilə uğursuz tərəfdaşlıq onlara böyük dərs olub.

F-1.az xatırladır ki, McLaren-lə Honda 2015-2017-ci illərdə tərəfdaşlıq etmiş və ən yaxşı nəticələri 5-cilik olmuşdu. Lakin bu il Red Bull komandası ilə tərəfdaşlığa başlayan Honda əfsanəvi Monako trasında Ferstappenlə qələbə uğrunda mübarizə aparıblar.

Masaşi Yanamoto: “İrəli gedərkən kiçik uğurları da qeyd etmək lazımdır. Yarış qələbələrinə fokuslanmalıyıq. Ən böyük hədəfimiz odur. McLaren ilə tərəfdaşlıq edərkən tam hazır deyildik və bu, bizə böyük dərs oldu. Əgər sıfırdan başlasaydıq, daha tez rəqabətədavamlı olardıq. Onlarla tərəfdaşlıqda çox şey öyrəndik.

Hədəfimiz Mercedes-ə çatmaqdır. Çətin olacaq, ancaq düzgün işləsək, onlarla mübarizə apara bilərik. Avtoidmanda ya udursan ya uduzursan. Yəni 50 faiz təzyiq, 50 faiz əyləncədir. Planlarımıza görə inkişaf etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 50
Teqlər
Paylaş

logo