Honda çempion olaraq ayrılmaq istəyir

Honda-nın Formula1 üzrə rəhbəri Masaşi Yamamoto bildirib ki, bu il çempion olub sonra idmandan getmək istəyirlər.

F-1.az xatırladır ki, yaponiyalı motor istehsalçısı ilin sonunda idmandan gedəcək. Honda daha əvvəl 1986-1991-ci illərdə ardıcıl altı dəfə çempion olublar.

Masaşi Yamamoto: “Hazırda hər şey yaxşı gedir. Bundan əvvəlki F1 proqramımızda 1 qələbə qazanmışdıq. Bu il ardıcıl 5 qələbə və poullar əldə etmişik. Biz hazırkı vəziyyətimizi 2000-ci illərlə yox, qızıl dövrlərimiz olan 1980-ci illərlə müqayisə edirik. Hədəfimiz çempion olmaqdır. Buna çatmağa çalışacağıq.

Biz 2017-ci ildə idmandan getsəydik, işimizi tam görməmiş olardıq. Heç bir tarix yaza bilməzdik. Ancaq çempion olub idmandan getsək, mühəndislərimizin də layihəyə olan inamı artacaq. Uğurun sirrini biləcəklər. Honda üçün əla olardı. Çempionluğu əldə etmək üçün motivasiyamız böyükdür. Hamımız əlimizdən gələni edirik. Hədəfimizə çatsaq, bütün dünyaya əsl gücümüzü göstərəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*