17 Avqust 2019, Şənbə - 18:58

Honda ikinci komandanı mühərriklə təmin edəcək?

Honda ikinci komandanı mühərriklə təmin edəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

09:02 - 24 Sentyabr, 2016

Honda Motorsport-un rəhbəri Yusuke Haseqava bildirib ki, gələcəkdə daha çox komandanı mühərriklə təmin etmək üçün Milton Kinsdə yerləşən bazalarını genişləndirəcəklər…

F-1.az xatırladır ki, yaponiyalılar hazırda ancaq McLaren komandasını mühərriklə təmin edirlər və keçən il Red Bull ilə danışıqlar aparsalar da, avstriyalıları mühərriklə təmin etməkdən imtina etmişdilər. Amma Honda gələcəkdə ikinci komandanı mühərriklə təmin etmək istəyir və bunun üçün əvvəlcə McLaren-dən icazə almalıdır.

Honda hazırda bütün resurslarını McLaren-ə ayırsa da, tikintisi yay aylarında başa çatacaq bazanın üzərində işləyir.

Yusuke Haseqava: “Başqa bir komandanı mühərriklə təmin etmək üçün yerimiz yoxdur və mühərrik istehsalçısı buna sahib olmalıdır. Daha çox resursa xərcləməyə və gələn ilin sonunda başqa bir komandanı mühərriklə təmin etmək üçün hazır olmalıyıq.

Onsuz da Milton Kinsdə böyük bir baza tikdiririk. Çox böyük deyil, amma lazımi qədər böyükdür. Əgər ikinci bir komandanı mühərriklə təmin etməyi qərara alsaq, oraya sadəcə insanları və mühəndisləri cəlb edəcəyik. Onları gözləyən boş stollar var”.

Honda keçənilki pis başlanğıcdan sonra bu il Mercedes, Ferrari və Renault ilə fərqi azaltmağa başladı. Karlos Sayns iyul ayında bildirmişdi ki, artıq Honda mühərriyi 2015-ci ilin Ferrari mühərriyindən sürətlidir.

Haseqava isə bildirib ki, rəqiblərlə fərqi bağlamaq üçün zamana ehtiyacları var. Digər komandalar hələ də rəsmi olaraq Honda-dan mühərrik istəməyiblər. Amma Haseqava bildirib ki, onlar McLaren-in rəqiblərindən birini mühərriklə təmin edə bilərlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , ,
Paylaş

logo