Aston Martin komandası Mercedes mühərriklərinə qayıda bilər

Autoracer nəşri Zandfortda təqdim olunan yenilənmiş Honda güc qurğusu və Aston Martin-in gələcək planları ilə bağlı maraqlı şayiələrdən yazıb.

Məlum olub ki, Honda hələ də Formula1 peletonunda ən güclü mühərrikdən təxminən 70 at qüvvəsi geri qalır. Monzada yenilənmiş versiya sələfindən hesablanan 30 at qüvvəsi əvəzinə cəmi 17 at qüvvəsi güclü olub və üstəlik, bu artım güc qurğusunun idarəolunmasında geriləmə hesabına əldə edilib.

Adı açıqlanmayan Ferrari mühəndisi hesab edir ki, belə bir geriqalma ilə Honda 2027-ci ildə ən yaxşılarla eyni səviyyəyə çıxa bilməyəcək. O buna misal kimi yaxın keçmişdə motor gücündəki fərqi azaltmaq üçün iki ilə ehtiyac duyan elə Skuderiyanın özünü göstərib.

Bununla belə, Aston Martin-də Honda-dan gələn mövsüm vacib dəyişikliklər gözləyirlər ki, bunlar komandaya rəqabətədavamlı səviyyəyə çıxmağa kömək etməlidir. Paralel olaraq Aston Martin-də bunun baş verməyəcəyi təqdirdə ehtiyat plan da hazırlanır.

Monzadakı yarış həftəsonu zamanı Ədrian Nyui ilə Aston Martin-in sahibi Lourens Stroll arasında görüş baş tutub. İddialara görə, tərəflər həmin görüşdə Aston Martin-in 2028-ci ildə Mercedes güc qurğularına qayıtması ehtimalını müzakirə ediblər.

Təbii ki, nə Aston Martin-də, nə də Mercedes-də bununla bağlı rəsmi şərh verilir.

, , ,