Fettelin nəticəsi ləğv olunub

Aston Martin komandasının sürücüsünün yanacaq çənində lazımi qədər yanacaq olmadığı üçün stüardlar onu disklavikasiya ediblər

Bugünkü yarışı ikinci yerdə başa vuran Aston Martin komandasının sürücüsü Sebastyan Fettelin nəticəsi ləğv olunub və o, protokollardan xaric edilib.

Yarışın finişindən sonra Fettel maşını 12-cı döngədə saxlayaraq boksa piyada qayıtmışdı, texniki təftiş zamanı məlum olmuşdu ki, maşında cəmi 0.3 litr yanacaq qalıb – reqlament isə ən azı 1 litr yanacağın olmasını tələb edir. Aston Martin mexaniklərinin cəhdləri nəticə verməyib – lazım olan həcmdə yanacaq maşında toplanmayıb.

Bu cərimədən sonra Həmilton 2-ci yerə yüksəlib, podiumun son pilləsi isə Saynsa qismət olub. Aşağıdakı sürücülərin hamısı bir pillə irəliləyiblər və son 1 xal Kimi Rəykkönenin aktivinə yazılıb.

Yekun nəticədə Həmilton Ferstappen üzərində daha 2 xal üstünlük qazanıb, Mercedes komandası isə üstünlüyünü 12 xala çatdırıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*