Racing Point hər yarış yenilik gətirəcək

Racing Point komandasının texniki direktoru Əndi Qrin bildirib ki, İspaniyadan etibarən hər yarış yeniliklər gətirə bilərlər.

F-1.az xatırladır ki, Force İndia komandası keçən il dağılmağa yaxın olsa da, Lorens Stroll tərəfindən alınmış və adı Racing Point olaraq dəyişdirilmişdi.

Əndi Qrin: “Hər şey İspaniyada başlayacaq. Yeniliklərimiz çox olacaq və tez-tez gələcək. Hazırda istədiyimiz yerdə deyilik. Komandanı istədiyimiz səviyyəyə qaldırmaq çətindir. Rəqiblərimiz böyük addımlar atdıqları halda biz pul problemləri yaşadıq. Komandanı inkişaf etdirmək üçün vaxt lazımdır. Yenilikləri təkmilləşdirmək istəyirik”.

,