M.Krek: Alfa Romeo-nu keçmək asan olmayacaq

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, çempionatda altıncı yeri tutmaq asan olmayacaq.

F-1.az xatırladır ki, “yaşıllar” hazırda 7-ci yerdədirlər və onları altıncı yerdəki Alfa Romeodan 3 xal ayırır.

Mayk Krek: “Hələ heç nə bitməyib. Turnir cədvəlinə baxanda işimiz asan görünür, amma Alfa Romeo komandasına hörmət edirik. İlk yarışlarda nəyə qadir oldularını göstərdilər. Xal olaraq çox yaxınıq. Yenə də onları geridə qoymaq çətin olacaq.

Frederik Vassyörlə danışanda dedi ki, son yarışlara bir neçə yenilik gətirəcəklər. Buna görə də Əbu Dabi yarışının son dövrəsinə qədər mübarizə davam edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*