M.Yamamoto Fransada Red Bull-un uğuruna inanır

Təcrübəli mütəxəssis komandaların yay fasiləsinə yollanacağı ərəfədə Red Bull və güc nisbətləri barədə fikirlərini bölüşüb.

F-1.az bildirir ki, Masaşi Honda-nın F1 proqramının sabiq rəhbəridir, hazırda isə Red Bull Powertrains və Honda əməkdaşları arasında əlaqələrə cavabdeh şəxs kimi məsləhətçi rolunu oynayır.

Masaşi Yamamoto“Məncə, Fransadakı tras Red Bull maşınına daha uyğundur, buna görə də büdrəməyə imkan verə bilmərik. Macarıstandakı yarışa gəldikdə isə, məndə belə bir hiss var ki, Ferrari qalib gələcək. Çünki onların maşınları yavaş və orta sürətli döngələrdə daha yaxşıdır. Bununla belə, Red Bull onların qarşısını almaq üçün bir şey tapacaq. İstəyirəm ki, yay fasiləsinə qədər hər iki yarışı yaxşı formada başa vuraq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*