Honda artıq qələbə istəyir

Honda Motorsport-un rəhbəri Masaşi Yamamoto bu il qələbə qazana biləcəklərini deyib.

F-1.az xatırladır ki, Honda mühərrikləri mövsümün ilk yarışı Avstraliyada 2008-ci ildə sonra ilk podium qazanmışdı. Lakin Yamamoto bununla kifayətlənmək istəmir və qələbə arzusundadır. Qeyd edək ki, Honda son qələbəsini 2006-cı ilin Macarıstan yarışında Censon Battonla qazanıb.

Masaşi Yamamoto: “Bu il bizim üçün çox vacibdir. Çünki hibrid erasında ilk dəfə mövsümə iki komanda ilə başlayırıq. İndi isə Honda-nın qələbə şansını müzakirə edirik. Ümid edirəm ki, bu, reallaşar. Bəlkə, yayda baş verər. Bunu istəyirik. İndi özümüzü göstərmək fürsətimiz var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*