14 Dekabr 2018, Cümə - 23:32

Honda indidən detalları dəyişməyə başlayıb

Honda indidən detalları dəyişməyə başlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

11:14 - 05 Aprel, 2018

Toro Rosso komandası ilk yarışda Pyer Qasli ilə problem yaşadıqdan sonra hər iki sürücünün də güc qurğusunda bəzi detalları dəyişdirib.

F-1.az xatırladır ki, Honda mühərrikləri testlərdə yaxşı təsir bağışlasalar da, ilk yarışda Qasli MGU-H probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Fransalı sürücü Bəhreyn yarışında yeni daxiliyanma mühərriyi, MGU-H və turbodan istifadə edəcək. Brendon Hartlinin güc qurğusunda da eyni detallar dəyişdiriləcək.

Qeyd edək ki, bu mövsüm hər sürücü üç daxili yanma mühərriyi, MGU-H və turbodan istifadə edə biləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 257
Teqlər , , ,
Paylaş

logo