C.Batton: “Bizi mövsümün maraqlı sonluğu gözləyir”

Ağır sıralanma turundan və stüardların cərimələrindən sonra hər iki Brawn GP sürücüsü xal qazana bilib. Censon Batton komanda yoldaşı Rubens […]

Ağır sıralanma turundan və stüardların cərimələrindən sonra hər iki Brawn GP sürücüsü xal qazana bilib. Censon Batton komanda yoldaşı Rubens Barrikellodan sonra finiş xəttini keçdiyi üçün komanda yoldaşı üzərindəki üstünlüyü bir xal azalıb…

Censon Batton: “Müxtəlif hadisələrlə zəngin olan sıralanma turundan sonra xal qazanmaq vacib idi – mən bunu edə bildim. Peletonun ortsaından start almaq həmişə yarışın çətin olmasını vəd edir, amma mənim tempim yaxşı idi – mən öz maşınımdan razıyam. Mən irəlidə olan sürücülrədən sürətli idim, amma burda ötmək çox çətindir.

Əsas odur ki, mən Rubensə cəmi bir xal uduzdum. Fettel isə fərqi daha çox azaltdı, amma Red Bull-un bu trasda üstünlüyü gözlənilən idi. Qarşıda bizim maşına uyğun gələn iki yarış var, ona görə də mən bu mərhələni səbirsizliklə gözləyirəm. Bizi mövsümün maraqlı sonluğu gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*