Alfa Romeo bolidini Polşada təqdim edəcək?

Britaniya mətbuatının verdiyi xəbərə əsasən Alfa Romeo komandası 2022-ci il bolidini fevralın 22-də Varşavada təqdim edəcək.

F-1.az xatırladır ki, İtaliya təmsilçisi keçən mövsümü 8-ci yerdə bitirib və bu il də orta qrupda davamlı xal almaq hədəfindədir.

Komanda yeni bolidini Polşada təqdim etməyi planlaşdırır. Bunun əsas səbəbi isə komandanın titul sponsoru Orlen-dir. Təqdimatın necə olacağı bilinmir, lakin pandemiyaya görə məhdudiyyətlər gözlənilir. Beləliklə, Alfa Romeo yeni bolidini təqdim edən ilk komanda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*