Quru. Havanın temperaturu +28° C, trasın temparaturu +29° C
İkinci sessiya quru asfaltda başlayıb, sürücülər dərhal işə başlayıblar – sazlanmaları axtarmaqla Bridgestone-un gətirdiyi iki tərkibi müqayisə ediblər.
Sessiyanın ortasında Həmilton və Senna bir-birinə mane olublar – Bruno Lyuisə sürətli dövrədə mane olub, britaniyalı sürücü təhlükəsizlik zonasına çıxmalı olub, amma trasa qayıdarkən o gənc braziliyalı sürücünü bloka salıb.
Hava qaraldığından tras soyumağa başlayıb, asfaltın xarakteristikası dəyişib. Sürücülər yumşaq təkərlərə keçiblər. 18-ci döngədə Xayme Algersuari fırlanıb və dayanıb.
Sessiyanın sonuna 20 dəqiqə qalmış Felipe Massanın maşınında benzin qurtarıb. Protokollara isə Lyuis Həmilton başçılıq edib…
Nəticələr belə olub:
| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | L.Həmilton | McLaren | Mercedes | 1:40.888 | – | 23 |
| 02 | S.Fettel | Red Bull | Renault | 1:41.145 | + 0.257 | 27 |
| 03 | F.Alonso | Ferrari | Ferrari | 1:41.314 | + 0.426 | 28 |
| 04 | M.Uebber | Red Bull | Renault | 1:41.315 | + 0.427 | 28 |
| 05 | R.Kubitsa | Renault | Renault | 1:41.576 | + 0.688 | 30 |
| 06 | F.Massa | Ferrari | Ferrari | 1:41.583 | + 0.695 | 21 |
| 07 | V.Petrov | Renault | Renault | 1:42.096 | + 1.208 | 30 |
| 08 | C.Batton | McLaren | Mercedes | 1:42.132 | + 1.244 | 27 |
| 09 | V.Liutsi | Force İndia | Mercedes | 1:42.203 | + 1.315 | 30 |
| 10 | N.Rosberq | Mercedes GP | Mercedes | 1:42.222 | + 1.334 | 28 |
| 11 | M.Şumaher | Mercedes GP | Mercedes | 1:42.246 | + 1.358 | 28 |
| 12 | N.Hülkenberq | Williams | Cosworth | 1:42.449 | + 1.561 | 31 |
| 13 | A.Sutil | Force İndia | Mercedes | 1:42.535 | + 1.647 | 20 |
| 14 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 1:42.768 | + 1.880 | 25 |
| 15 | R.Barrikello | Williams | Cosworth | 1:42.914 | + 2.026 | 36 |
| 16 | N.Haydfeld | BMW Sauber | Ferrari | 1:42.950 | + 2.062 | 33 |
| 17 | X.Algersuari | Toro Rosso | Ferrari | 1:43.128 | + 2.240 | 17 |
| 18 | S.Buemi | Toro Rosso | Ferrari | 1:43.584 | + 2.696 | 33 |
| 19 | H.Kovalaynen | Lotus | Cosworth | 1:45.180 | + 4.292 | 36 |
| 20 | T.Qlok | Virgin | Cosworth | 1:45.259 | + 4.371 | 30 |
| 21 | Y.Trulli | Lotus | Cosworth | 1:45.612 | + 4.724 | 34 |
| 22 | L.di Qrassi | Virgin | Cosworth | 1:46.053 | + 5.165 | 28 |
| 23 | K.Klin | Hispania | Cosworth | 1:47.210 | + 6.322 | 32 |
| 24 | B.Senna | Hispania | Cosworth | 1:47.434 | + 6.546 | 28 |





































































































































































