ABŞ-2017: Günün sürücüsü – Maks Ferstappen

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Ostindəki yarışa 16-cı yerdən başlayan, sön dövrədə üçüncülüyü ələ keçirən, lakin qeyri-leqal ötmə etdiyi üçün 5 saniyəlik cəza alaraq yarışı dördüncü yerdə başa vuran  Maks Ferstappen mövsümdə üçüncü dəfə  “Günün Sürücüsü” seçilib. Xatırladaq ki, Maks keçən ildən bəri bu ada ən çox layiq görülən sürücüdür və cari mövsümdə Çində və Yaponiyadakı yarışlarda azarkeşlər məhz onu seçiblər.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
İspaniya Qran Prisi Sebastyan Fettel
Monako Qran Prisi Sebastyan Fettel
Kanada Qran Prisi Sebastyan Fettel
Azərbaycan Qran Prisi Ləns Stroll
Avstriya Qran Prisi Valtteri Bottas
Britaniya Qran Prisi Daniel Rikkardo
Macarıstan Qran Prisi Kimi Rəykkönen
Belçika Qran Prisi Lyuis Həmilton
İtaliya Qran Prisi Daniel Rikkardo
Sinqapur Qran Prisi Lyuis Həmilton
Malayziya Qran Prisi Sebastyan Fettel
Yaponiya Qran Prisi Maks Ferstappen
ABŞ Qran Prisi Maks Ferstappen
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*