Kanada-2017: Günün sürücüsü – Sebastyan Fettel

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan, startda Maks Ferstappenlə təmasdan sonra maşınının ön qanadı qırılan, erkən pit-stopdan sonra 18-ci pilləyə qədər geriləməsinə baxmayaraq, finiş xəttini dördüncü keçən Sebastyan Fettel  “Günün Sürücüsü” seçilib. Sebastyan cari mövsümdə Avstraliya, Bəhreyn, İspaniya və Monako Qran Prilərindən sonra beşinci dəfə bu ada layiq görülür.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
İspaniya Qran Prisi Sebastyan Fettel
Monako Qran Prisi Sebastyan Fettel
Kanada Qran Prisi Sebastyan Fettel
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*