Mercedes Silverstouna yenilənmələr hazırlayır

Həmilton Monrealda ardıcıl ikinci yarışda podiuma yüksəlib. Mercedes-in rəhbəri yeniliklərin davam edəcəyini bildirir.

F-1.az xəbər verir ki, Toto mühəndislərin işlədiyini, əsas yenilənmə paketinin Silverstounda təqdim ediləcəyini bildirib.

Toto Volff: “Biz Silverstouna çoxlu yeni detallar gətirəcəyik. O zaman yay tətilindən əvvəl təqdim edəcəyimiz daha çox yeniliklərimiz olacaq. Maşının konsepsiyasını əhəmiyyətli dərəcədə nəzərdən keçirdikdən sonra onun xüsusiyyətlərini başa düşmək prosesi əhəmiyyətli dərəcədə sürətləndi. Növbəti dörd yarışda biz irəliyə doğru nəzərə çarpacaq addımlar atmalıyıq.

Maşının xarakterini nəzərə alaraq, Kanadada yaxşı çıxış edəcəyimizi gözləmirdik, ona görə də qalibə çox uduzmamağımız bizi ruhlandırır. Bununla belə, unutmaq olmaz ki, Maks Ferstappen hər zaman irəlidə gedirdi və tam gücü ilə sürməyib. Düşünürəm ki, lazım gələrsə, o, təkmilləşə bilər, ona görə də hələ görüləsi işlərimiz var”.

Xatırladaq ki, Həmiltonun komanda yoldaşı Corc Rassell yarışı tamamlaya bilməyib. Toto Volf bildirib ki, Corcun maşınında divara dəydikdən sonra əyləclər həddən artıq qızıb və yarışı davam etdirmək təhlükəli hal alıb: “Hər iki avtomobildə əyləclərin temperaturu yüksək olub, lakin Corcun maşınının divara dəydikdən sonra temperatur kəskin yüksəlməyə başlayıb. Bir nöqtədə yarışı başa vura bilməyəcəyimizi anladıq və Corcu pitə çağırdıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*