T.Volff Mercedes Motosport-a başçılıq edəcək?

Keçən ilin sonunda məlum oldu ki, Norbert Hauq Mercedes Motorsport-un başçısı vəzifəsindən istefa verib. Şirkət onun varisinin adını hələ də […]

Keçən ilin sonunda məlum oldu ki, Norbert Hauq Mercedes Motorsport-un başçısı vəzifəsindən istefa verib. Şirkət onun varisinin adını hələ də açıqlamayıb, amma bu gün Almaniya mətbuatında xəbər yayılıb ki, bu vəzifəni Williams komandasının icraçı direktoru və həmsahibi Toto Volff tutacaq.

Bild qəzeti naməlum mənbəyə əsaslanaraq təkid edir ki, bu barədə rəsmi bəyanat yaxın günlərdə veriləcək, çox güman ki, Valensiyada DTM testlərinin çərşənbə axşamı startı zamanı. Əgər jurnalistlərin məlumatları doğrudursa, onda Toto Volff Mercedes-Benz şirkətinin bütün idman proqramlarına məsuliyyət daşıyacaq, o cümlədən, Formula1 komandasına da. Avstriyalı mütəxəssis Ştutqart konserni ilə çoxdan əməkdaşlıq edir – Toto, DTM çempionatında konsernin idman proqramı ilə məşğul olan HWA AG şirkətinin həmsahibidir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*