24 Avqust 2019, Şənbə - 10:58

Mercedes Almaniya Qran Prisinə kömək etməyəcək

Mercedes Almaniya Qran Prisinə kömək etməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

10:25 - 13 Avqust, 2019

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, gələn il Almaniya Qran Prisinə sponsor olmayacaqlar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” builki Almaniya Qran Prisinə maliyyə cəhətdən dəstək vermiş və Mercedes yarışın titul sponsoru olmuşdu. Hokkenhaym trasınınmüqaviləni uzatmaq üçün birillik opsiyası olsa da, Liberty ödənilən məbləğdən razı qalmayıb.

Toto Volff: “Keçənilki müqavilə birdən imzalandı. Bazar günü səhər Çeyz və Şon ilə toplantı etdik və bizə yarışa sponsor olmaq təkliif etdilər. Yarım saat ərzində müqavilə bağladıq. Lakin bunu davam etdirə bilməyəcəyik. Bundan başqa F1-in və Liberty-nin işlərinə müdaxilə edə bilmərik. Hansı trasın qalıb-qalmayacağına onlar qərar verirlər.

Düzdür, ev trasının olması əladır. Lakin Liberty-yə yarışmaq üçün çox ölkə təklif göndərir və buna görə problem yaşayırlar. Bu, yaxşı haldır, çünki mükafat bonusuna təsir edir. Təbii ki, Almaniya yarışı bizim üçün vacibdir, çünki Daimler alman şirkətidir və Almaniyada çoxlu ganatlarımız var. Lakin Çeyzin qərarlarına qarışmaq olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 61
Teqlər , , ,
Paylaş

logo