L.Həmilton indi də aparıcılara sataşıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu dəfə Sky Sport-un aparıcılarına sataşıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda 14-cü yeri tutsa da, yarışda mükəmməl performans göstərərək, qalib olmuşdu.

Lyuis Həmilton: “Yarışları heç vaxt izləmirəm. Ancaq bu həftə izlədim. Sabiq sürücülərin şərhlərini dinləmək, məncə, əyləncəlidir. Danışmağa söz tapmırlar. Səbəbini bilməsəm də, onları bağışlayıram. Qalib gəlməyi sevirəm. Bunları baltalamaq istəyiniz heç nəyi dəyişməyəcək. 14-cü yerdən başlayıb qalib gəldim. Tanrı həmişə yaxşıdır”.

Qeyd edək ki, dördqat Dünya Çempionu bu yazıları İnstagram-da yazıb və sonra silib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*