21 Noyabr 2019, Cümə axşamı - 22:15

T.Volff: “Bottas keçən ilin heyfini çıxdı”

T.Volff: “Bottas keçən ilin heyfini çıxdı”

Müəllif: Rauf Hacıyev, redaktor

20:50 - 28 Aprel, 2019

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottas Bakıda keçən ilin heyfini çıxıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycan yarışına pouldan başlayaraq, qələbə qazanıb. Bu, 29 yaşlı sürücünün builki ikinci qələbəsidir.

Qeyd edək ki, Bottas keçən il Bakı yarışında lider gedərkən son dövrələrdə təkəri partlamış və qələbəni əldən vermişdi.

Toto Volff: “Bu yarış onunçün kompensasiya oldu. Sürücülərimizə yarışmağa icazə verdik. Yarışın əvvəlində diqqətli olmalarını demişdik, çünki Medium təkərlərin nə qədər dözəcəyini bilmirdik. Yarışın sonlarında isə yarışmaqda sərbəst idilər. Sonlarda aralarında mübarizə oldu və bu, gözəl haldır. İkisi də təzyiq altında əla iş gördülər və səhv etmədilər. Ümid edirəm ki, mövsümün sonuna qədər belə qüsursuz sürərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 173
Teqlər , , , , ,
Paylaş

logo