T.Volff: Bakıda qərarlı olacağıq!

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Monakodakı səhvlərdən sonra Azərbaycana daha güclü formada qayıdacaqlar.

F-1.az xatırladır ki, Mercedes komandası Monakoda uğursuz yarış keçirib və 7 xalla qayıdıb. Buna görə də həm Sürücülər Çempionatında, həm də Mühəndislər Kubokunda Red Bull-un gerisinə düşüblər.

Toto Volff: “Monako kimi yarışlardan sonra daha güclü formada qayıdırsınız. Bu idmanda heç nə asan deyil və buna görə Formula1-i sevirik. Əgər tam hazır deyilsinizsə, siz məğlub olacaqsınız. Monakodan sonra komanda üzvləri çox enerjili idi. Eynilə Bəhreyndəki testlərdən sonra olduğu kimi. Monakodan çox dərs çıxardıq. Kaş orada yarışdan əvvələ qayıda bilsəydik.

Növbədə Bakı var. Şəhər tipli tras olsa da, Monakodan fərqlidir və bizim bolidimiz üçün əlverişli deyil. Çətin olacaq. Red Bull yenə güclü olacaq. Ferrari və McLaren də sürətləniblər. Bizim bolidimizə əlverişli olmayan traslardan maksimum nəticə çıxarmalıyıq. Bakı yarışını səbirsizliklə gözləyirik. Sonuncu yarışdakı nəticədən sonra ora qərarlı və motivasiyalı gedirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*