Red Bull yeni maşının hazırlanması qrafikindən geri qalır?

Red Bull komandasının texniki departamentinin başçısı Ədrian Nyui etiraf edib ki, keçən il komanda mövsümün son yarışına qədər titul uğrunda […]

Red Bull komandasının texniki departamentinin başçısı Ədrian Nyui etiraf edib ki, keçən il komanda mövsümün son yarışına qədər titul uğrunda mübarizə apardığı üçün yeni maşının hazırlanması qrafikindən geri qalır…

Ədrian Nyui Britaniyanın Autosport həftəliyinə bildirib: “Biz texniki yenilikləri sondan əvvəlki yarışa qədər tətbi etdik. Buna görə də paralel olaraq yeni maşının hazırlanması çətinliklə davam edirdi və düzünü desəm, RB9-un hazırlanması qrafikindən gözlədiyimdən çox geri qalırıq.

Amma keçən il biz düzgün qərar qəbul etmişdik, çünki biz məqsədimizə çata bildik, lakin indi komandanı çəx gərgin bir ay gözləyir, çünki biz geriqalmanı aradan qaldırmalıyıq.”

Red Bull komandası BBC-yə bildirib ki, komandanın fevralın 5-də start alacaq mövsümöncəsi testlərə qədər yeni maşın üzərində işini başa çatdırması gələn həftə məlum olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*