S.Burde Toro Rosso ilə müqaviləsini uzadacaqmı?

Avropa mətbuatı hesab edir ki, Toro Rosso-nun ikinci sürücüsü Sebastyen Burde olacaq və yaxın günlərdə müqavilənin uzadılması elan ediləcək. Keçənilki […]

Avropa mətbuatı hesab edir ki, Toro Rosso-nun ikinci sürücüsü Sebastyen Burde olacaq və yaxın günlərdə müqavilənin uzadılması elan ediləcək. Keçənilki mövsümü başa vurduqdan sonra komanda testlərdə bir neçə namizədi yoxlayıb, Sebastyen Buemi ilə hələ Milad Bayramı günlərində yeni müqavilə imzalanıb, digər sürücü yerinə isə Burde və Super Aguri komandasının keçmiş sürücüsü Takuma Sato namizəd idilər.

Komandanın nümayəndələri bir neçə dəfə jurnalistlərə bildirmişdilər ki, müqaviləni bağlamağa tələsməyə ehtiyac yoxdur, ekspertlər isə bildirmişdilər ki, daha böyük sponsor dəstəyi olan sürücü üstünlük qazanacaq. Lakin qeyri-rəsmi məlumatlara görə, iqtisadi böhran üzündən bir çox sponsorlar Satonu dəstəkləməkdən imtina ediblər.

Red Bull rəhbərliyi ilə sıx əlaqələri olan İsveçərənin Speedweek həftəliyi yazıb ki, komanda artıq fransalı sürücünün xeyrinə seçim edib – bunu dolayı yolla komandanın saytı da sübut edir: heyətdə iki Sebastyen göstərilib – Buemi və Burde. Amma Burdenin meneceri Nikolya Todt müqavilənin uzadılmasını təsdiq etməyib və bildirib ki, danaışıqlar hələ davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*