T.Kravits: Bottas Red Bull-la danışıqlar aparır

Formula1 müxbiri Ted Kravits bildirib ki, Valtteri Bottas növbəti mövsüm üçün Red Bull-la danışıqlar aparır.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən Mercedes növbəti mövsümdə finalndiyalı sürücünün əvəzinə Corc Rasseli gətirmək istəyir. Buna görə də Bottas hazırda Renault və Red Bull-la danışıqlara başlayıb.

Ted Kravits: “Bottas hazırda Red Bull-la danışıqlar aparır. Ora keçidi mümkündür? Bəli, ancaq inanmıram bu baş versin. Çünki Red Bull-un səhmdarları arasında taylandlılar da var. Bundan başqa Elbon öz üzərinə düşən işi əla görür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*