S.Peres: 13 ildir F1-dəyəm və qorxmuram

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Daniel Rikkardonun qayıtması onun üçün əhəmiyyət kəsb etmir.

F-1.az xatırladır ki, son 5 sıralanma turunda son sessiyaya qala bilməmiş Serxio Peresin üzərindəki təzyiq artır, çünki Daniel Rikkardo bu həftəsoni AlphaTauri-də Nik de Frizi əvəz edərək, idmana qayıdır. Avstraliyalı sürücünün əsad məqsədi 2025-ci ildə Serxionu əvəz etməkdir.

Serxio Peres: “Nikə görə məyusam. Məncə, Formula1 təcrübəsi çox qısa çəkdi və onun göndərilməsi qəddarcasına idi. Lakin gələcəkdə onun üçün necə olacaq bilmirik. Formua1-də işlər belədir. Məncə Danielin işsiz olması Nik üçün bəxtsizlik idi.

Digər tərəfdən Daniel üçün sevinirəm. Geri qayıtmaq üçün çox motivasiyalıdır. Onun üçün çox yaxşı oldu. Məncə, bu onun üçün böyük fürsətdir. Mənim üçün heç nə dəyişmir, çünki Red Bull-da yarşışıram.

Yəni ki, təkcə Danil yox, Yuki də var. Peletonun yarısı Re dBull-da yarışmaq istəyir. Yəni ki. bu heç nəyi dəyişmir. Bundan başqa, Danielin getməsi komanda üçün pis oldu. Çox təcrübəli sürücüdür və maşından yaxşı başı çıxır. Onun burada olması bizim üçün yaxşı idi. Onunla yaxşı yola gedirik və söhbətimiz tutur.

13 ildir Formual1-dəyəm və buna görə də gələcyi düşünmürəm. Keçən həftə mühəndislərlə idim və Danile ilə bağlı danışmağa vaxtım olmadı. Məncə, bu onun üçün böyük fürsətdir. Mən Macarıstana və daha sonra Belçika yarışlarına köklənəcəm. 2025-ci ilə düşünmürəm, çünki ona hələ var. O qədər uzaq ili düşünmək axmaqlıqdır.

Hər şey məndən asıldır və buna görə özümə fokuslanmışam. Mən qalib gəlməyi sevirəm. Pis həftə sonlarından həzz almıram. Bunun üçün burada deyiləm. Belə olsaydı, başqa işlər görərdim. Qazana bilditim üçün buradayam.

Divanda oturan adamlar kiçik xırdalıqlarla işlədiyimizi unudurlar. Bunu digər sürücülərdə və komandalarda gördünüz. Çətin dövrlər keçirsələr də, Red Bull kimi 20 ehtiyat sürücüləri olmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*