M.Ferstappen: Bu maşınla podium görməmək günah olar

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bu maşınla podiuma yüksəlməmək günah olar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Belçikadakı sıralanma turunda ən yaxın rəqibi Saynsa 0.6 saniyə fərq atara poul qazansa da, motor cəzasına görə yarışa 15-ci yerdən başlayacaq.

Maks Ferstappen: “Sıralanma turu əla keçdi. Bütün həftəsonu ərzində güclü idik. Sıralanma turunda hər şey bir yerə yığdıq. Çox sürətli idik.

Yarışa arxadan başlasam da, vəziyyətdən razıyam. Burada olmaq gözəldir. Bura gözəl trasdır və azarkeşlər yaxşıdır. Ümid edirəm ki, əyləniblər.

Yarışda yüksəlməliyik. Belə bolidlə podiuma yüksəlməmək məyusedici olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*