Bəhreyn-2020: Yarış

Adətən yazda baş tutan, lakin bu il sonradan tərtib olunan təqvimdə noyabrın sonuna salınan Bəhreyn Qran Prisi mövsüm ərzində Avropadan kənardan keçirilən ilk yarış, həm də ardıcıl 3 Asiya yarışının ilki olub.

F-1.az bildirir ki, yarış tarixinin dəyişdirilməsi bəzi fərqlərə də səbəb olub. Günəş nəin ki, əvvəlki kimi, yarış əsnasında, hətta startdan əvvəl batıb. Eyni zamanda sürücülər demək olar ki, dəyişməyən temperaturda yarışıblar.

Cümə günü baş tutan hər iki məşqdə Lyuis Həmilton hamıdan sürətli olub, dünənki son sərbəst yürüşlərdə isə Maks Ferstappen protokollara başçılıq edib. Poul mübarizəsinin qalibi də keçən yarışda 7-ci titulunu rəsmiləşdirən Lyuis Həmilton olub.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Soft təkərlər olduqca sürətli aşındığından, ondan çox az istifadə edilib. İlk onluqda hər kəs Medium təkərlərlə yarışa start verib. Sayns Soft, Lekler, Qrojan və Latifi isə Hard təkərlərlə yarışa başlayıb.

Startda Həmilton yerini qoruyub Bottas isə geriləyib. Norris Okon ilə təmasda ön qanadını zədələyib. Əsas insident isə az sonra baş verib – Qrojan üçüncü döngədən çıxdıqdan sonra Kvyatla təmas yaşayıb və 221 km/saat kimi yüksək sürətlə trasın sağ tərəfindəki səddlə toqquşub. Zərbə o qədər qüvvətli olub ki, maşın dəmirlərin arasından keçib, yanacaq çəni olan yerdən ikiyə bölünüb, Qrojan ön hissə ilə birlikdə digər tərəfə düşüb. Dərhal güclü yanğın başlayıb.

Roman bir neçə saniyə sonra alovların arasından çıxa bilib. Ona dərhal kömək edilib və tibbi maşınla tibbi mərkəzə yola salınıb. Daha sonra isə Manamadakı başqa xəstəxanaya göndərilib. Bu ciddi qəzadan sadəcə əllərində və topuqlarındakı kiçik yanğılarla xilas olan Qrojanın səhhətində başqa problem aşkar edilməyib.

Yarış qırmızı bayraqlarla dayandırılıb. Bariyerin yenidən bərpa edilməsi prossesi başlanıb. Zədələnmiş hissə kəsilərək götürülüb və ora müvəqqəti beton blok konstruksiyaları qoyulub.

Fasilə 80 dəqiqə davam edib. FİA restartın yerindən verilməsi variantını seçib və sürücülərin qəzadan əvvəlki mövqeləri nəzərə alınıb. Bəzi sürücülər təkərlərini dəyişiblər. Restartdan əvvəl ilk onluq: Həmilton – Ferstappen – Peres – Bottas – Elbon – Rikkardo – Norris – Okon – Qasli – Fettel.

Restart zamanı Həmilton yenə də liderliyini əldən verməyib, Lekler isə Qaslini qabaqlayıb. Fettel komanda yoldaşı ilə təmas yaşamamaq üçün bir neçə mövqe itirməli olub. Bir qədər sonra Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Kvyat bu dəfə Strolla təmas yaşayıb və kanadalı sürücünün maşını açıb. Ləns maşından özü çıxa bilib. Stüardlar insidentə görə Kvyata 10 saniyəlik cəza veriblər. Təkəri deşilən Bottas pit-stop etməli olub və 16-cı yerdə geri qayıdıb.

Restart 8-ci dövrədə verilib. İlk yerlərdə dəyişiklik olmayıb, Sayns Qasli və Rikkardonu qabaqlayıb. Sayns və Rikkardo bir qədər sonra Lekleri keçiblər. Fettel maşını idarə edə bilməməkdən şikayətlənib. 17-ci dövrədə Rikkardo, 18-ci dövrədə Okon, Kvyat və Rikkardo pit-stopa yollanıblar. Norris bir dövrə sonra təkərlərini dəyişib. Onları 20-ci dövrədə Həmilton və Elbon, 21-ci dövrədə Ferstappen, Peres, Covinatsi, Rassell və Fettel, 22-ci dövrədə isə Sayns və Latifi izləyib.

Peres 23-cü dövrədə üçüncü yer uğrunda mübarizədə Qaslini qabaqlayıb. Fransız sürücü bir dövrə sonra Elbon tərəfindən keçilib. Norris Bottası keçib və finlandiyalı sürücü 26-cı dövrədə növbəti pit-stopunu edib. Sayns Rikkardonu bir daha qabaqlayıb, sonra isə Okonu ötüb. 27-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Peres – Elbon – Norris – Sayns – Okon – Rikkardo – Qasli – Lekler.

Bottas 32-ci dövrədə Lekleri keçərək ilk onluğa yüksəlib. İki dövrə sonra Kvyat, Ferstappen və Elbon təkərlərini dəyişiblər. Maksı pit-stop zamanı azı 3 saniyə gecikdiriblər. Həmilton da ondan 2 dövrə sonra pit yoluna yönəlib. Peres 38-ci dövrədə Saynsı keçib, Rikkardo isə komanda yoldaşını üstələyib. Bottas 39-cu dövrədə daha bir pit-stop edib. 43-cü dövrədə Lekler Covinatsini, Bottas Okonu, Fettel isə Maqnusseni geridə qoyub.

Sayns 51-ci dövrədə 6-cı yerə yüksəlib. İnamla podiuma doğru gedən Peres pis sürprizlə qarşılaşıb – 54-cü dövrədə MGU-K sıradan çıxıb və Serxio üçün mübarizə başa çatıb. Dərhal TM yenidən trasa daxil olub. Finişə az qaldığından, sürücülər mübarizəni elə TM arxasında başa vurublar.

Beləliklə, Lyuis Həmilton mövsümdə 11-ci, karyerasında isə 95-ci qələbəsini əldə edib. Maks Ferstappen ikinci yeri tutub və çempionatda Valtteri Bottasla olan fərqi xeyli azaldıb. Alekdander Elbon isə həm mövsümdə, həm də karyerasında ikinci podiumunu əldə edib. Red Bull qalan 2 yarışın nəticəsindən asılı olmayaraq, Mühəndislər Kubokunda ikinciliyi təmin edib.

Mübarizə gələn həftəsonu elə burada, trasın fərqli versiyasında davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 2:59.47.515 2
2 33 Maks Ferstappen Red Bull +1.254 4
3 23 Aleksander Elbon Red Bull +8.005 3
4 4 Lando Norris McLaren +11.337 2
5 55 Karlos Sayns McLaren +11.787 3
6 10 Pyer Qasli AlphaTauri +11.942 2
7 3 Daniel Rikkardo Renault +19.368 2
8 77 Valtteri Bottas Mercedes +19.680 3
9 31 Esteban Okon Renault +22.803 3
10 16 Şarl Lekler Ferrari +1 круг 3
11 26 Daniil Kvyat AlphaTauri +1 круг 3
12 63 Corc Rassell Williams +1 круг 3
13 5 Sebastyan Fettel Ferrari +1 круг 3
14 6 Nikolas Latifi Williams +1 круг 3
15 7 Kimi Rəykkönen Alfa Romeo +1 круг 3
16 99 Antonio Covinatsi Alfa Romeo +1 круг 3
17 20 Kevin Maqnussen Haas +1 круг 4

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:32.014 (48-ci dövrə, 211.741 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Racing Point 54 MGU-K
Ləns Stroll Racing Point 3 qəza
Roman Qrojan Haas 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 332
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 201
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 189
4 3 Daniel Rikkardo Renault DP World F1 Team 102
5 11 Serxio Peres BWT Racing Point F1 Team 100
6 16 Şarl Lekler Scuderia Ferrari 98
7 4 Lando Norris McLaren F1 Team 86
8 55 Karlos Sayns McLaren F1 Team 85
9 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 85
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 71
11 18 Ləns Stroll BWT Racing Point F1 Team 59
12 31 Esteban Okon Renault DP World F1 Team 42
13 5 Sebastyan Fettel Scuderia Ferrari 33
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 26
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 4
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 4
18 8 Roman Qrojan Haas F1 Team 2
19 20 Kevin Maqnussen Haas F1 Team 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 533
2 Aston Martin Red Bull Racing Honda 274
3 McLaren F1 Team Renault 171
4 BWT Racing Point F1 Team Mercedes 154
5 Renault DP World F1 Team Renault 144
6 Scuderia Ferrari Ferrari 131
7 Scuderia AlphaTauri Honda Honda 97
8 Alfa Romeo Racing Ferrari 8
9 Haas F1 Team Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*