Bu problemləri Almaniyanın Motorsport-Total nəşrinə müsahibəsində Pirelli-nin nümayəndəsi şərh edib…
Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Belə bir mərhələyə hazırlıq təxminən dörd ay çəkir – təkərlərin planlaşdırılması və daşınması üçün təxminən 15 həftə lazımdır. Aydın məsələdir ki, hazırda bunun üçün vaxtımız yoxdur.
Təəssüf ki, hələ də Yaxın Şərqdə vəziyyətin nə dərəcədə sabit olacağını və təkərləri göndərdiyimiz yük gəmilərinin tranzitinin mümkün olub-olmayacağını əvvəlcədən söyləmək mümkün deyil.
Biz Süveyş kanalından keçə və sonra Ciddədən başlayaraq quru yolla Səudiyyə Ərəbistanı vasitəsilə Yaxın Şərqin digər hissəsinə çata bilərik, lakin Səudiyyə Ərəbistanındakı təhlükəsizlik vəziyyəti də gərgin olduğuna görə bu fərziyyə yalnız nəzəri olaraq qalır.
Təəssüf ki, hazırda hökmran amil qeyri-müəyyənlikdir. Mən deyə bilmərəm ki, Yaxın Şərqdə potensial yarışa çatmaq nə qədər vaxt alacaq, qismən ona görə ki, hətta Afrikanı dolaşmağı bacarsaq belə, Hörmüz boğazının açıq olub-olmadığını bilmək məcburiyyətindəyik”.





