M.Ferstappen xoşbəxtdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Belçikada üçüncü olduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 7-ci yerdən başlasa da, startda qəzalardan qaça bilib və daha sonra isə Okon və Peresi geridə qoyaraq yarışı 3-cü yerdə bitirib. Beləliklə, Ferstappen ilk dəfə doğulduğu torpaqlarda podiuma yüksəlib.

Maks Ferstappen: “Yarışda yalnız idim. Xüsusən də, 12 dövrədən sonra ətrafımda heç kəs qalmadı. Amma startdan sonra öndəki rəqiblərimə çatıb onları keçmək çətin oldu. Qəzalardan qaça bildim. Sonra rahat və təkbaşına sürdüm. Spada podiuma yüksəldiyim üçün xoşbəxtəm. Bu trasdakı əvvəlki yarışlarımda bəxtim gətirməsə də, bu gün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*