Red Bull itirə-itirə gedir

Red Bull komandasından daha bir mühəndis Aston Martin komandasına keçib.

F-1.az bildirir ki, Dən Fəllouzun arxasınca Red Bull komandasını daha bir mühəndis tərk edib – çox güman ki, britaniyalı mütəxəssisin keçidinə elə Dən səbəb olub.

Əndryu Alessi yeni komandasında aerodinamika şöbəsinə başçılıq edəcək və birbaşa texniki direktor Fəllouza tabe olacaq.

Xatırladaq ki, daha əvvəl Luka Furbattonun komandaya baş mühəndis təyin olunduğu elan edilmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*