K.Horner: “Ferstappen artıq liderdir”

Red Bull komandasının rəhbəri Kristian Horner gənc Ferstappendən razı qaldıqlarını deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən ilin ikinci yarısından etibarən daha yaxşı performans göstərir və bu il də ən pis nəticəsi 4-cü yer olub. 21 yaşlı sürücü son ciddi səhvini keçən ilin Monako yarışında edib.

Kristian Horner: “Builki Monako yarışı karyerasının ən yaxşı yarışı idi. Keçənilki Monako yarışından sonra hər şeydən uzaqlaşdı və özünə qarşı sərtləşdi. Ondan son3a tempini artırdı və qeyri-adi gücə malik oldu. Bəzi yerlərdə boliddən maksimumu aldı və məncə, inkişaf cəhətdən də komandaya liderlik edir. Məncə, hazırkı rolunun dadımı çıxarır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*