High Performance podkastında Serxio Maksla eyni komandada çıxış etməyin nə qədər çətin olduğunu danışıb.
Serxio Peres: “Red Bull-da Maksın komanda yoldaşı olmaq ən çətin çağırışdır. Bununla belə, Maksla rəqabət aparmaq hər hansı komandada çox çətin olardı.
Amma Red Bull-da hər şey daha da çətindir, çünki orası onun komandası, onun insanları və onun tanış mühitidir. Onunla bərabər səviyyədə olmaq üçün ətrafdakı hər şey ən yüksək səviyyədə işləməlidir, halbuki sənin belə imkanların yoxdur.
Maks mühəndis dəstəyi baxımından maksimum imkanlar əldə edirdi – aparıcı mühəndislər, ən təcrübəli mütəxəssislər – hamısı onun üçün çalışırdı. Amma mən bunu Red Bull-a keçməmişdən əvvəl də bilirdim, ona görə özüm üçün qərar verdim: ya şikayət edərəm, ya da olanla işləyərəm. Mən ikinci variantı seçdim.
Komandada keçirdiyim dörd il ərzində mühəndis heyətim eyni qaldı və bununla mən, ,həqiqətən çox fəxr edirəm”.





