17 Dekabr 2018, Bazar ertəsi - 09:03

Ş.Lekler ilk dəfə özündən razıdır

Ş.Lekler ilk dəfə özündən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

20:04 - 14 Aprel, 2018

Sauber komandasının sürücüsü Şarl Lekler Çindəki sıralanma turundan sonra performansından razı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 19-cu olaraq ilk dəfə komanda yoldaşı Erikssonu geridə qoyub. Sessiya vaxtı yerində fırlanan gənc sürücü mükəmməl reflekslə bolidi ram edə bilib.

Şarl Lekler: “Yerimdə fırlanmağımı çıxsaq, boliddən razıyam. Yaxşı ki, sessiyanın dayandırılmasına səbəb olmadım. Çox şey öyrənməliyəm. Amma sessiya pis keçmədi. Limitlərdə sürə bildim. Yerimdə fırlanmağımın səbəbi yaş porebrik idi. Əksər sürücülər yerlərində fırlandılar. Artıq yarışa hazırlaşırıq. Yarış tempimiz daha güclüdür. Ümumilikdə vahid dövrədəki performansımdan razı qaldım. Görək yarışda necə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər , , , ,
Paylaş

logo