V.Bottas üçüncülüyə sevinmir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, üçüncü yerə görə sevinmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bakıdakı uğursuzluqdan sonra Fransada yenidən yaxşı performans göstərib və sıralnma turunda üçüncü olub.

Valtteri Bottas: “Yaxşı həftəsonu oldu. Bir neçə həftə əvvələ nisbətən yaxşı idi. Tempimiz var. Bilirdik ki, sıralanma turunda Red Bull-a yaxın olacağıq. Son cəhdimdə özümü yaxşı hiss etdim. Bundan yaxşısı mümkünsüz idi. Buna baxmayaraq, üçüncü yerə görə sevinə bilmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*