Silverstoun Formula1-lə müqavilənin pozulmasını rəsmiləşdirib

Gözlənildiyi kimi, Silverstoun trasının sahibi Britaniyalı Sürücülər Klubu (BRDC) müqavilədə onu vaxtından əvvəl pozmağa imkan verən bənddən istifadə edib - 2019-cu ildə keçiriləcək Britaniya Qran Prisi cari müqavilə ilə baş tutan son yarış olacaq.

F-1.az xəbər vermişdi ki, Silversrtoun trasının Britaniya Qran Prisini 2026-cı ilə qədər keçirməsi üçün müqaviləsi var, lakin rəhbərlik maliyyə şərtlərinə yenidən baxılmazsa, müqaviləni vaxtlndan əvvəl pozmağa hazırdır. Artıq bu gün gözlənilən baş verib. Hər iki tərəf trasın təqvimdə qalmasını istəyir, lakin danışıqlar heç də rahat olmayacaq.

Con Qrant, BRDC-nin sədri: “Bu şərtlərlə Formula1-i təşkil etməyimiz sərfəli deyil. Yarışı təşkil edərkən 2014-cü ildə 2.8 milyon, 2015-ci ildə 4.8 milyon, 2016-cı ildə isə 7.6 milyon funt sterlinq ziyana düşmüşük. Biz bu il də eyni məbləği itirəcəyimizi gözləyirik. Bu da Silverstounun – Britaniyanın əsas trasının Formula1-dəki gələcəyi üçün böyük təhlükədir”.

Çeyz Keri: “Formula1 həftəsində Silverstounda bayram əhval-ruhiyyəsi olmalı idi. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bunun əvəzinə, Silverstoun rəhbərliyi müqavilədəki bənddən istifadə etmək qərarına gəldi və bu, 3 il sonra tətbiq olunacaq. Biz onlara davam etməyi təklif etdik, lakin onlar uzunmüddətli layihə əvəzinə, qısa zamanda mənfəət əldə etməyi üstün tutdular. Biz trasın təqvimdə qalması üçün ədalətli və digər traslarla bərabərhüquqlu qərarlar axtarışını davam etdirəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*