17 Noyabr 2019, Bazar - 05:52

Silverstoun rəhbərliyi Formula1 ilə müqaviləni pozmaq istəyir

Silverstoun rəhbərliyi Formula1 ilə müqaviləni pozmaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

18:17 - 02 İyul, 2017

Silversrtoun trasının Britaniya Qran Prisini 2026-cı ilə qədər keçirməsi üçün müqaviləsi var. Lakin rəhbərlik maliyyə şərtlərinə yenidən baxılmazsa, müqaviləni vaxtlndan əvvəl pozmağa hazırdır.

F-1.az xəbər verir ki, Liberty Media bu şərti qəbul etməkdə istəkli olmadığını bildirib. Trasa sahib olan Britaniyalı Sürücülər Klubunun (BRDC) 2010-cu ildə Berni Ekklstounla bağladıqları müqaviləni pozmaq riski getdikcə böyüyür. Londonun SundayMail qəzetlərinin məlumatına görə, məhz belə ssenari hazırlanır və iyulun 16-da baş tutacaq builki yarışda qədər Silverstounun sahibləri cari müqavilədə nəzərdə tutulmuş şərtdən istifadə edəcəklər.

BRDC yaxın zamanlarda Liberty Media ilə mövsümün əsas yarışlarından birinin Silverstounda qalması üçün yeni müqavilə imzalamağa çalışacaq. BRDC-nin direktoru, Liberty Media ilə danışıqların iştirakçılarından biri Filip Uoker bildirib ki,  “bizim müqaviləni pozmaq ehtimalımız böyükdür”.

Britaniya tərəfi bu hüquqdan yarış günləri başlamamışdan əvvəl – iyulun 14-dək istifadə edə bilər. Bu qəzetlər BRDC-nin adının çəkilməsini istəməyən başqa bir əməkdaşının sözlərinə də yer verib: “Bu addım sadəcə vaxt udmağa imkan verəcək. Liberty Media az vaxtdır ki, gəlib, hadisələr də tez-tez baş verir. Onlar hələ özləri də bilmirlər ki, təqvimdə hansı yarışı saxlamaq istəyirlər. Məsələn, Çeyz Keri heç vaxt Silverstounda olmayıb. Bu, Liberty-nin günahı deyil. Onlar da güzəştə getməkdən şad olarlar. Sadəcə olaraq, vaxt çox azdır. Biz masa arxasında oturub gələcək planları müzakirə etmək imkanı qazanacağıq”.

BRDC ümid edir ki, iki həftə sonra baş tutacaq yarışa Çeyz Keri və onun yaxın ətrafı təşrif buyuracaq, Silverstounda gördükləri onlara o qədər təsir edəcək ki, bu yarışın Formula1 üçün nə qədər əhəmiyyətli olduğunu başa düşəcəklər. Lakin Liberty Media maliyyə güzəşti etməyə hazır deyil, çünki digər 20 yarışın təşkilatçıları da müqavilələrə yenidən baxılmasını tələb edə bilərlər.

Silverstoun hazırda Britaniyada Formula1-in tələblərinə cavab verən yeganə trasdır. Uelsdə də müasir avtodromun tikilməsi planlaşdırılırdı, lakin hökumət bu layihəni maliyyələşdirməkdən imtina edib. Formula1-in yeni sahiblərinin Londonda yarış təşkil etmək istəkləri olsa da, buna hələ çox var. Əgər Silverstoun 2019-cu ildən sonra yarışı keçirməkdən imtina edərsə, bu, Liberty Media-nın Formula1-in tarixi irsini qorumaq istəyinə zidd olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 279
Teqlər , , , ,
Paylaş

logo