G.Berger: Şumaxer Sennanın yanından keçə bilməzdi

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, əgər Ayrton Senna ölməsəydi, Mixael Şumaxer rekordlar qıra bilməzdi.

F-1.az xatırladır ki, Ayrton Senna 1994-cü ildə San Marino Qran Prisində qəza edərək dünyasını dəyişmişdi. Braziliyalı əfsanə yaşasaydı, bu gün 60 yaşı olacaqdı. Üçqat Dünya Çempionu əksəriyyət tərəfindən Formula1 tarixinin ən yaxşı sürücüsü sayılsa da, çempionluq sayında Mixael Şumaxer, Lyuis Həmilton, Xuan Manuel Fanxio, Alen Prost və Sebastyan Fetteldən geri qalır.

Ayrton Senna 1994-cü il mövsümünün ilk iki yarışında xalsız qaldığı halda, Mixael Şumaxer iki yarış qazanmış, mövsümün üçüncü yarışı San Marinoda isəbirinci yerdə gedərkən qəza edərək dünyasını dəyişmişdi.

Gerhard Berger: “Senna mövsümün dördüncü yarışı olan Monakoda da boliddən narazı olacaqdı. Ancaq orada əlindən gələni edəcəkdi və Ədrian Nyuinin növbəti yarış üçün gətirəcəyi yenilikləri gözləyəcəkdi. Böyük ehtimalla, Monte Karloda da qalib gələcəkdi. Çünki o trasda aerodinamika elə də böyük rol oynamır və Senna özü də Monakoda güclü idi. Yeni detalların hesabına Barselonada da rahatlıqla qələbə qazanacaqdı. Ondan sonra uğurlu bir dövr başlayacaqdı: Ayrton Senna, Ədrian Nyui və Williams dövrü. Hətta, bir nəfər qarşısını almasaydı, Formula1-ə də ziyan verə bilərdi. Senna demək olar ki, bütün yarışları qazanacaqdı. Bolid də, Ayrton Senna da çox üstün idi. Sürətinə görə Ədrian Nyuiyə də təsir edəcəkdi. Onlar ikisi analoqsuz performan göstərəcəkdilər. Formula1-də ancaq bir sürücünün qələbəsini izləyəcəkdik.

Əgər yaşasaydı, 7-9 dəfə çempion olardı və Mixael indiki statistikaları əldə edə bilməzdi. Mixael heç Ayrtonun yanından belə keçə bilməzdi.

Karyerasını bitirəndən sonra isə Braziliyanın prezidenti olacaqdı. Onsuz da xeyriyyə fondları var idi. Dəfn mərasiminə də minlərlə adam gəldi. Prezident olası adam idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*