Maranelloda işlər canlanıb

Bu gün bayramlardan sonra Ferrari-nin Maranellodakı bazasında işlər canlanıb. Hərçənd, Skuderiyanın mətbuat xidmətinin verdiyi xəbərə görə, bəzi şöbələr hətta tətil […]

Bu gün bayramlardan sonra Ferrari-nin Maranellodakı bazasında işlər canlanıb. Hərçənd, Skuderiyanın mətbuat xidmətinin verdiyi xəbərə görə, bəzi şöbələr hətta tətil günlərində işləməyə davam ediblər: yeni maşının qurulmaası işi dayanmayıb və keçən ilin sonlarında yeni şassi ilk krəş-testini keçib. Amma tam heyətlə komanda işə bu gündən başlayıb.

Gələn bazar ertəsi Wrooom başlayır – Ferrari-nin ənənəvi qış bayramı 21-ci dəfə keçiriləcək. Madonna di Kampilyoda dağ-xizək kurortunda Skuderiyanın sürücüləri və Ducati Marlboro Team motosiklet komandası toplaşacaq, bayrama komandanın nümayəndələri, qonaqları və KİV də dəvət olunublar.

Komanda üçün rəsmi mövsüm ayın sonunda başlayacaq – yeni maşın təqdim olunacaq və fevralın 1-dən Valensiyada Rikardo Tormo avtodromunda testlər start alacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*