K.Horner: “Esteban şükür eləsin ki, onu sadəcə itələyiblər”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Esteban Okon ancaq itələndiyi üçün şanslıdır.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Braziliya yarışında lider gedərkən Okon onunla bir dövrəyə qayıtmaq istəyib və nəticədə iki sürücü təmas yaşayıb. Bu təmasdan sonra liderliyini itirən Ferstappen yarışı ikinci yerdə bitirib.

Yarış davam edərkən Horner “ümid edirəm ki, paddokda qarşılaşmazlar” – deyib, amma Ferstappen maşından düşdükdən sonra tərəzi otağında fransalı rəqibinin üstünə gedərək onu itələyib.

Kristian Horner: “Məncə, Maks çox sakit idi. Nəticədə qələbəni əldən verdi. Zədəli maşınla yarışmaq üçün hər şey elədi. Esteban təkcə itələnməklə qurtulduğu üçün şanslıdır. Emosional idi. Ondan sakit olmasını istədim. Lakin öz səhvi olmadan qələbəni əldən verdi. Geridə olan bir sürücüyə görə birinciliyi əldən vermək əsəbpozucudur. Liderlə niyə yarışır? Tempi yoxdur və bolidini oraya salır. Məntiqli hərəkət deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*