E.Okon: “Ferstappendən sürətliyəm”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Ferstappendən sürətlidir.

F-1.az xatırladır ki, fransalı sürücü Formula3-də Ferstappeni məğlub edərək Dünya Çempionu olub. Lakin hollandiyalı sürücü Formula1-də 2015-ci ildə debüt edərək 3 yarış qazanıb və bəzi rekordlar qırıb. Lakin daha zəif komandada çıxış edən Okonun ən yaxşı nəticəsi 5-cilik olub.

Esteban Okon: “Ondan sürətliyəm. Ondan çox poul qazanmışdım. İndi də sürətli olduğumu düşünürəm. Müqayisə mümkünsüzdür. Eyni bolidlə yarışmalıyıq. Bəlkə, bir gün qismət olar. Amma hazırda əla işlər görür və ən güclülərdən biridir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*