24 Avqust 2019, Şənbə - 07:32

V.Bottas: “Williams təkərlərə görə geridə qalır”

V.Bottas: “Williams təkərlərə görə geridə qalır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:59 - 25 Sentyabr, 2016

Valtteri Bottas bildirib ki, Williams komandası təkərlərdən düzgün istifadə edə bilmir və buna görə də çoxlu xallar itirir…

F-1.az xatırladır ki, Williams mövsümün bitməsinə 6 yarış qalmış Force İndia-dan 1 xal geridə qalır və hazırda turnir cədvəlində 5-ci yerdədir.

Amma Williams komandası Force İndia-nı geridə qoymaq üçün təkərlərlə bağlı məlumatlarını artırmaq istəyir. Buna görə də britaniyalılar təkərlərlə bağlı daha çox məlumat toplamaq istəyirlər və bunun üçün Antonio Spanyolo ilə müqavilə bağlayıblar.

Bottas düşünür ki, Williams təkərlərdən düzgün istifadə edə bilmədiyi üçün Force İndia-dan geri qalır: “Təkər ömrü ilə bağlı hesabları düzgün aparmırıq. Bu il eyni halla bir neçə dəfə rastlaşdıq. Təkərlərə ilk dördlükdəki komandalar kimi nəzarət edə bilmirik. Amma mövsümün sonunda orada olmaq istəyirik. Bunu bilirik və bunun üzərində işləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , ,
Paylaş

logo