19 İyul 2019, Cümə - 06:16

Sürücülər superlisenziyanın qiymətindən razı deyillər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:30 - 26 Yanvar, 2009

2008-ci ildə superlisenziyanın qiymətinin artırılması məsələsi mətbuatda bir neç dəfə müzakirə olunmuşdu – əvvəllər sürücülər 1725 Avro + əvvəlki mövsümdə […]

2008-ci ildə superlisenziyanın qiymətinin artırılması məsələsi mətbuatda bir neç dəfə müzakirə olunmuşdu – əvvəllər sürücülər 1725 Avro + əvvəlki mövsümdə hər bir qazandıqları xala görə 456 Avro ödəyirdilərsə. 2008-ci ildə qat-qat çox pul ödəməli olmuşdular – 10000 Avro + hər bir xal üçün 2000 Avro, faktiki olaraq lisenziyanın qiyməti 500% artıb, bu ildən isə qiymətlər bir qədər də artıb – indi FİA-nın büdcəsinə ilkin ödəniş kimi 10400 Avro, hər bir qazanılmış xal üçün 2100 Avro və sığorta haqqı kimi 2727 Avro ödənilməlidir.

Nəticədə dünya çempionu Lyuis Həmilton çempionatda iştirak etməsi üçün vacib olan superlisenziyanı almaqdan ötrü FİA-ya 218927 Avro ödəməlidir, bu məbləğ keçənilkindən bir qədər azdır, amma buna səbəb sürücünün əvvəlki mövsümdə daha çox xal toplamasıdır.

FİA qiymətlərin artımını inflyasiya ilə əlaqələndirir, amma məsrəflərin azadılması üçün tədbirlərin görülməsi fonunda belə bir artım məntiqi görünmür – federasiya hamıdan çox iqtisadiyyatdan danışır, amma öz hesabının doldurulmasına gələndə başqa cür hərəkət edir. 2008-ci ildə sürücülər Böyük Britaniya Qran Prisi günlərində tətil etməklə hədələmişdilər, amma konfliktdən yan keçmək mümkün oldu, bəs bu dəfə necə olacaq?

Sürücülərin Həmkarlar İttifaqı (GPDA) sürücülərə ödəmə kağızlarını imzalamaqdan mübahisəli vəziyyət həll olunana kimi imtina etməyi təklif edib. Qeyri-rəsmi məlumata görə, FİA-nın prezidenti Maks Mosli sürücülərə gəlirləri barədə arayış təqdim etməyi təklif edib, fevralın əvvəlində isə superlisenziya məsələsi komandaların assosiasiyası FOTA tərəfindən müzakirə olunacaq – sürücülərin qəti fikir bildirmək üçün vaxtları var. Düzdür, Maks Mosli 2008-ci ilin sonunda bildirmişdi ki, onun üçün bu məsələ həll olunub…

Maks Mosli: “Biz təhlükəsizlik yolunda böyük məbləğlər xərcləyirik və burda söhbət sürücülərin təhlüksəizliyindən gedir. Bu hesabları görənlər bizdən soruşurlar ki, əgər sürücülər milyonlar qazanırsa, niyə siz onların təhlükəsizliyi üçün pul xərcləyirsiniz?”

2009 və 2008-ci illərdə (mötərizədə göstərilib) superlisenziyanın haqqı, Avro ilə (sığorta haqqı daxil deyil)

1. Lyuis Həmilton – 216.200 (228.000)
2. Felipe Massa – 214.100 (198.000)
3. Kimi Rəykkönen – 167.900 (230.000)
4. Robert Kubitsa – 167.900 (88.000)
5. Fernando Alonso – 138.500 (228.000)
6. Nik Haydfeld – 136.400 (132.000)
7. Heykki Kovalaynen – 121.700 (70.000)
8. Sebastyan Fettel – 83.900 (22.000)
9. Yarno Trulli – 75.500 (26.000)
10. Timo Qlok – 62.900 (10.000)
11. Mark Uebber – 54.500 (30.000)
12. Nelsinyo Pike – 50.300 (10.000)
13. Niko Rosberq – 46.100 (50.000)
14. Rubens Barrikello – 33.500 (10.000)
15. Kazuki Nakacima – 29.300 (10.000)
16. Sebastyen Burde – 18.800 (10.000)
17. Censon Batton – 16.700 (22.000)
18. Cankarlo Fizikella – 10.400 (52.000)
19. Adrian Sutil – 10.400 (12.000)

Əgər vəziyyət dəyişməsə federasiyanın büdcəsinə 1.682.200 Avro daxil olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər
Paylaş

logo