M.Ferstappen: “Rosberq mənə yer saxlamadı”

Maks Fertappen bildirib ki, Rosberq döngədə dönməyib və əgər o tras xaricinə çıxmasa, Rosberqə çırpıla bilərmiş..

F-1.az xatırladır ki, Maks Ferstappen və Niko Rosberq 3-cü yer uğrundakı mübarizədə qarşı-qarşıya gəlmişdilər və bunun nəticəsində almaniyalı sürücü Ferstappeni trasdan sıxaraq çıxarmışdı. Rosberq bu hərəkətinə görə 5 saniyə cəza almışdı.

Ferstappen-Rosberq hadisəsinə bənzər digər hadisə isə Avstriyada Həmilton və Rosberq arasında yaşanmışdı. Rosberq Avstriyada rəqibii tras xaricinə çıxarmaq istəsə də, Həmilton ilə təmas yaşamışdılar.

Ferstappen yarışdan sonra Rosberqin ona boşluq buraxmadığını deyib: “Onun arxamda olduğunu düşünürdüm və çox gec əyləndi. O nöqtədə döngəni dönəcəyini düşündüm, ancaq o bunu etmədi və üstümə gəldi. Dönməsini gözləyirdim, ancaq o dönmək bilmirdi. Düz gedib tras xaricinə çıxmaq məcburiyyətində qaldım yoxsa bir-birimizə çırpılacaqdıq. Bu hadisədən sonra 5 saniyə cəza aldı və mən onunla 5 saniyəlik fərqi qorumağa çalışdım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*