22 Avqust 2019, Cümə axşamı - 07:43

Britaniya-2016: Günün sürücüsü – Maks Ferstappen

Britaniya-2016: Günün sürücüsü – Maks Ferstappen

Müəllif: Elçin Zodorov, redaktor

14:37 - 11 İyul, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xatırladır ki, yarışa 3-cü yerdən start verən Maks təhlükəsizlik maşını trası tərk etdikdən bir qədər sonra Niko Rosberqi keçərək 2-ci yerə yüksəlmişdi. Lakin tras quruduqdan sonra Nikonun hücumlarına məruz qalan Maks yenidən 3-cü yerə düşmüşdü. Buna baxmayaraq, yarış bitdikdən sonra stüardlar tərəfindən araşdırılan Rosberqə 10 saniyəlik cəza gəldiyi üçün yekunda 2-ci yeri tutub.

Hollandiyalı gənc sürücü 4-cü dəfədir ki, “Günün sürücüsü” seçilir. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada və Avstriya Qran Prilərində bu ada layiq görülüb.

Ferstappendən əlavə, AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda  Serxio Peres, Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 601
Teqlər , , ,
Paylaş

logo