Ferstappen: Red Bull-da mənə həmişə dəstək olublar

Bu il Maks Ferstappen hələ də geniş diqqət mərkəzindədir, lakin bu onun yarış traslarındakı uğurlarına görə deyil, üstəlik, Red Bull Racing-in hələ öyünməyə çox şeyi yoxdur. Milton Kins komandası hələ qələbə qazana bilməyib, baxmayaraq ki, dördqat dünya çempionu artıq dörd dəfə podiuma qalxıb, o cümlədən son Macarıstan Qran Prisində ikinci yeri tutub.

Bütün bunlarla yanaşı maraqlıdır ki, Maks 2027-ci ildə Red Bull üçün çıxış etməyə davam edəcəkmi, yoxsa nəticələrlə birbaşa bağlı olan müqaviləni vaxtından əvvəl ləğv etmək hüququndan istifadə edəcək? Rəsmi olmayan məlumatlara görə, hansı ki, biz artıq onlara istinad etmişik, onun komanda və sahibləri ilə razılaşmalarında yarışçının təşəbbüsü ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan bənd var – əgər yay fasiləsinə qədər fərdi hesabda ən yaxşı iki yerə daxil olmazsa.

Bununla belə, Ferstappen mövsümün 11 mərhələsindən sonra yalnız 6-cıdır, lider Kimi Antonelli ilə müqayisədə iki dəfədən çox az xal toplayıb və ikinci sırada olan Lyuis Həmiltondan 60 xal geri qalır.

Bu isə Maksın komandasını təriflə vurğulamasına mane olmur – komanda onu hərtərəfli dəstəkləyir və ona Formula1-lə əlaqəsi olmayan digər layihələrdə məşğul olmağa imkan verir. Ən başlıcası NLS – Almaniya dözümlülük yarışları seriyasında iştirakıdır: may ayında Verstappen Racing komandasının heyəti Nürburqrinqin 24 saatlıq yarışında qələbəyə doğru gedirdi, lakin marafonun son mərhələsində yaranan texniki problemlər buna imkan vermədi.

RacingNews365-ə verdiyi müsahibədə Ferstappenə Formula1-də uğurlu çıxış üçün lazım olan konsentrasiyanı necə saxladığı soruşulduqda o belə cavab verib: “Əslində mən sadəcə həddən artıq stresdən qaçmağa çalışıram. Komandada çoxlu yaxşı insanla işləyirəm. Evdə hər şey stabildir. Həmçinin vacibdir ki, mən Formula1-dən özümü ayırıb ailə işləri və F1-ə aid olmayan, lakin mənə zövq verən digər layihələrlə məşğul ola bilim.

Təbii ki, bu baxımdan Red Bull həmişə məni dəstəkləyib. Mənim komandanın rəhbəri Loran Mekislə əvvəldən möhkəm münasibətlərim var – onu uzun illərdir tanıyıram. Heç bir problemimiz və ya fikir ayrılığımız olmayıb. Biz gözəl anlaşırıq, tez-tez, o cümlədən işgüzar görüşlərdə ünsiyyət qururuq, hər şey yaxşıdır.

Mən hər şeydən məmnunam və onun mübarizəsini, komandaya təkan verməsini və ümumi strukturu yaxşılaşdırmağa çalışmasını yüksək qiymətləndirirəm – onunla işləmək xoşdur”.

Yaxın gələcəkdə məlum olacaq hansı qərarı verəcək Maks – o, gələn illərdə Red Bull ilə əməkdaşlığı davam etdirməyi qəbul edəcək, yoxsa bütün təriflərə baxmayaraq, məsələn, 2028-ci ildə onun yarış mühəndisi Canpyero Lambyazenin keçəcəyi McLaren kimi komanda onu özünə cəlb edə biləcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*